Sabunçuda piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir


Bakının Sabunçu rayonunda piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O bildirib ki, iyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonunda yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub:

"Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar və təqsirkar sürücünün müəyyən edilməsi istiqamətində axtarışlar davam etdirilir".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}