Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazanıb
Azərbaycanın 2 karateçisi Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq karate turnirində fəxri kürsüyə qalxıb. Şəffaflıq.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşid Süleymanov (16-17 yaş) 76 kq çəki dərəcəsində gümüş medal qazanıb. 61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək birinciliyi bayram edib. Oksana böyüklərin yarısında da fərqlənməyi bacarıb. Həmyerlimiz bu dəfə bürünc medala sahib olub.
Xəbəri paylaş
Facebook-da paylaş