Azərbaycanda bu ilin altı ayı ərzində törədilmiş cinayətlərin 90,7 faizi açılıb


Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 90,7 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, görülmüş operativ cavab tədbirləri ilə 2314 cinayət açılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə iyulun 12-də Daxili İşlər Nazirliyində (DİN) 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

"4407 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79 faizi tutulub, 5053 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb", - deyə iclasda qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}