Jurnalistlər arasında Zəfər Kubokunun püşkatma mərasimi keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə jurnalistlər arasında jurnalistlər arasında keçiriləcək Zəfər Kubokunun püşkatma mərasimi baş tutub. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev də iştirak edib. O, çıxışında komandalara uğurlar arzulayıb, bu cür yarışların gələcəkdə daha çox keçirilməsinin tərəfdarı olduğunu deyib. Daha sonra İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov təşkil etdikləri yarışla bağlı ətraflı məlumat verib. 6 komandanın - "Şuşa", "Kəlbəcər", "Zəngilan", "Füzuli", "Laçın" və "Ağdərə"nin iştirak edəcəyi, ardıcıl 4-cü dəfə keçiriləcək turnirin püşkatmasından sonra qrupların tərkibi müəyyənləşib. A qrupu "Kəlbəcər" B qrupu "Şuşa" Açılış matçında "Kəlbəcər" və "Füzuli" komandaları qarşılaşacaq. Qeyd edək ki, Zəfər Kuboku iyulun 20-21-də Qusar Olimpiya İdman Kompleksində keçiriləcək.
"Zəngilan"
"Füzuli"
"Ağdərə"
"Laçın"
Facebook-da paylaş