Bu ilin altı ayı ərzində 203 mindən çox şəxs məşğulluq tədbirləri ilə əhatə olunub
Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 203,1 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 84,4 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub. Qeyd olunan dövrdə Agentlik tərəfindən 8,5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 108,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib. Selcan Zaurqızı
Xəbəri paylaş
Facebook-da paylaş