"Azərkosmos" sığortaçı seçib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Xalq Sığorta" ASC-dir. Qalib şirkətə 12 540 manat ödəniləcək.
Xəbəri paylaş
Facebook-da paylaş