Əsas Səhifə > MALİYYƏ > "Azərkosmos" sığortaçı seçib
"Azərkosmos" sığortaçı seçib12-07-2024, 10:26 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Xalq Sığorta" ASC-dir. Qalib şirkətə 12 540 manat ödəniləcək. Geri qayıt |