İcbari Tibbi Sığorta Dövlət Agentliyi 5 mln manatlıq 3 tenderə yekun vurub
Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri “Esam LTD” və “Referans Pharmaceuticals” MMC-lər (1), “Esam LTD”, “Referans Pharmaceuticals” və “Yurd Pharma” MMC-lər (2), “Araş” firması, “Medsol” MMC, “Besan” MMC və “Paşa-K” firmasıdır (3).
Qalib şirkətlərə 217,3 min manat və 1 476,5 min manat (1), 568,3 min manat, 1 192,9 min manat və 647,3 min manat (2), 492,7 min manat, 117 min manat, 57,7 min manat və 48,9 min manat (3), ümumilikdə isə 4 818,6 min manat ödəniləcək."Report"
Facebook-da paylaş