Ağsaqqallar Şurasının sədri: Aşurada qan gözləyən xəstələrə kömək etmək cəmiyyətə xeyir verə bilər - RƏY


Aşura mərasimində insanların özünə zərər verməsi məsləhət deyil.

Bunu  açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, VI çağırış Milli Məclisin deputatı Eldar Quliyev deyib.

E.Quliyev vurğulayıb ki, Azərbaycanda Məhərrəm ayına daim hörmətlə yanaşılır:

“Biz Aşuranı bilirik, İmam Hüseynin və digər imamların qırxını gözləyirik. Bu aylarda toy və nişan kimi şadlıq məclislərini etmirik”.

Bununla belə Ağsaqqallar Şurasının sədri qeyd edib ki, bir sıra hərəkətlərdən uzaq olmaq məsləhətdir.

E.Quliyevin kiçik yaşlı uşaqların Aşura məclislərinə gətirilməsinin tərəfdarı olmadığını deyib və bunu həmin tədbirlərdə çoxlu insanın iştirak etməsi, sıxlıq olması ilə əlaqələndirib.

Aşurada bir sıra insanların zəncir vuraraq, qan çıxarmasına toxunan Ağsaqqallar Şurasının sədri vurğulayıb ki, insanlar belə adətlər əvəzinə cəmiyyətə xeyir verə biləcək əməllər edə bilərlər.

“Qan gözləyən xəstələr, qazilər var. Belə hesab edirəm ki, sağlam insanların qan verməyi digər əməllərdən daha yaxşıdır. Bundan başqa xəstələri ziyarət edə və imkanı az olan ailələrə kömək edə bilərlər. Belə əməllərin savabı daha böyükdür”, - o deyib.

Şəffaflıq.az

Selcan Zaurqızı


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}