Gəncədə Qarabağ Universitetinin təqdimatı olub


Xankəndidə yaradılan Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gəncədə şagird, valideyn və təhsil işçiləri ilə görüşüb.

Şəffaflıq.az-ın Qərb bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan görüşdə çıxış edən Şahin Bayramov Qarabağ Universiteti haqqında məlumat verib, orada yaradılmış şəraitlə bağlı danışıb.

Rektor çıxışında abituriyentləri və şagirdləri Qarabağ Universitetində təhsil almağa dəvət edib.

Universitetdə həyata keçirilən işlərdən ətraflı bəhs edən Ş.Bayramov daha sonra abituriyentləri və valideynləri maraqlandıran məsələlərə aydınlıq gətirib, ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}