"Kəpəz" heyətini portuqaliyalı qapıçı ilə gücləndirib.
"Kəpəz" heyətini portuqaliyalı qapıçı ilə gücləndirib. Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tam adı Paulu Rojeriu Veyqa dos Santos olan qolkiperlə 1 illik müqavilə bağlanıb. Portuqaliyalı qolkiperin son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub. 25 yaşlı "çərçivə qoruyucusu" "Braqa" klubunun akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.
Xəbəri paylaş
Facebook-da paylaş