Sorğu: Tramp Demokratların istənilən namizədinə qalib gələ bilər


ABŞ-ın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasından istənilən namizəd, o cümlədən hazırkı rəhbər Cozef Bayden, vitse-prezident Kamala Harris və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona qalib gələ bilər.

Şəffaflıq.az xəbər verir ki, bunu “Emerson” Kollecinin analitik xidmətinin keçirdiyi son sorğu sübut edir.

Sorğuda 1300-dən çox insan iştirak edib. Belə ki, debatdan sonra Tramp rəyi soruşulanların 46%-nin, Bayden isə 44%-nin dəstəyini qazana bilib.

Nəzəri Tramp-Harris qarşılaşmasında respublikaçı 49%, vitse-prezident isə 43% səs toplayır. Hillari Klintonla fərq 7 faizdir - 48-ə qarşı 41 faiz. Sorğuda bir sıra Demokrat senator və qubernatorlar iştirak edib, lakin heç biri 42%-dən çox dəstək ala bilməyib.

Bundan əlavə, prezident seçkilərində səsləri həlledici ola biləcək müstəqil seçicilər arasında nəzərəçarpacaq dəyişiklik hiss olunub. Müzakirələrdən sonra onların 42%-i Ağ Evin keçmiş sakini Trampı dəstəkləyib, Bayden isə 38% səs toplayıb. Keçən ay mənzərə tamamilə fərqli idi - Bayden 43%, Tramp 41%.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}