Azərbaycan İlahiyyat İnstitutu ötən il 1 milyon manatdan çox mənfəət əldə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2023-cü ili 1,664 milyon manat mənfəətlə başa vurub. Şəffaflıq.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 832 dəfə çoxdur. Ötən il Aİİ əvvəlki ilə nisbətən 58,4 % çox – 4,729 milyon manat gəlir əldə edib. Bunun demək ki, hamısı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Hesabat dövründə Aİİ-nin xərcləri isə 2,7 % artaraq 3,066 milyon manat, o cümlədən sərf etdiyi materialların dəyəri 5,9 dəfə azalaraq 15 min manat, əmək haqqı və işçilərlə bağlı digər xərcləri 2,7 % artaraq 2,154 milyon manat, amortizasiya xərcləri 16,9 dəfə artaraq 203 min manat, sair əməliyyat xərcləri isə 11,9 % azalaraq 694 min manat olub. İnstitut mənfəət vergisi ödəməyib. Bu il yanvarın 1-nə Aİİ-nin aktivləri 2,044 milyon manat olub ki, bu da illik müqayisədə 5,8 dəfə çoxdur. Hesabat dövründə instutun öhdəlikləri 5,3 dəfə artaraq 29 min manata, balans kapitalı isə 5,8 dəfə artaraq 2,015 milyon manata çatıb. Xatırladaq ki, Aİİ ölkə prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncama əsasən, din mütəxəssislərinin yetişdirilməsi və ilahiyyat elminin inkişafı məqsədlə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.
Facebook-da paylaş