Ekspert: “Azərbaycan Orta Dəhliz çərçivəsində Çin üçün strateji rol oynayır”
Azərbaycan Çin üçün strateji əhəmiyyət kəsb edir, çünki ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) səmərəli fəaliyyətində mühüm rol oynayır. Bunu açıqlamasında “A+Analytics” Araşdırmalar Mərkəzinin (Qazaxıstan) rəhbəri Fərhad Kasenov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitinin yekunlarına münasibət bildirərkən deyib. O qeyd edib ki, rəsmi Pekin Bakıya əsas tərəfdaş kimi baxır və buna görə də Çin rəhbərliyinin gələcəkdə bu təşkilata üzv olmaq perspektivi ilə Azərbaycanın ŞƏT çərçivəsində müşahidəçi statusuna qədər yüksəldilməsinə dəstək verməsi təbiidir: “Gələn il ŞƏT-ə sədrliyin Çinə keçdiyini nəzərə alsaq, builki sammit çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanmasının müsbət nəticə olduğunu söyləyə bilərik. İstər Çində, istərsə də Azərbaycanda bir sıra paralel tədbirlər planlaşdırılıb və iqtisadi qarşılıqlı fəaliyyət hərtərəfli gücləndirilir”. Onun sözlərinə görə, iyulun 3-4-də Astanada keçirilən ŞƏT sammiti çox məhsuldar olub: “Ümumiyyətlə, son illərdə təşkilata üzv ölkələrin sayı əhəmiyyətli dərəcədə artaraq 5 ölkədən 10 dövlətə qədər çatıb və hazırda Belarus Respublikası ŞƏT-ə daxil olub. Bir sıra sənədlər imzalanıb və 25-dən ikisini xüsusilə qeyd etmək olar. Bu iki sənəd Avropanın və bütövlükdə dünyanın enerji təhlükəsizliyi məsələlərinə ciddi təsir göstərəcək. Söhbət ŞƏT-in 2035-ci ilə qədər İnkişaf Strategiyası və 2030-cu ilə qədər ŞƏT-in Enerji Əməkdaşlığının İnkişaf Strategiyasından gedir”.Şəffaflıq.az
Facebook-da paylaş