Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”
Karbon qazı emissiyalarının azaldılması məsələsi Azərbaycanın enerji gündəliyində mühüm yer tutur. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib. “Ötən ilin statistikasına nəzər yetirsək, enerji resurslarımızın demək olar ki, 75 %-i Avropaya tədarük edilib. Biz Avropada şaxələndirmə və enerji təhlükəsizliyini təmin etmək üçün mühüm təşəbbüsü həyata keçirməyə davam edirik”, - P. Şahbazov bildirib. Nazirin sözlərinə görə, ölkə qlobal enerji keçidi məsələləri üzərində də işləyir. P. Şahbazov xatırladıb ki, Azərbaycan yeni sosial-iqtisadi strategiya qəbul edib və prioritet məsələlərdən biri “yaşıl inkişaf”dır.
Facebook-da paylaş