Əsas Səhifə > İnfrastruktur > Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”

Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”


8-07-2024, 12:28


Karbon qazı emissiyalarının azaldılması məsələsi Azərbaycanın enerji gündəliyində mühüm yer tutur.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

“Ötən ilin statistikasına nəzər yetirsək, enerji resurslarımızın demək olar ki, 75 %-i Avropaya tədarük edilib. Biz Avropada şaxələndirmə və enerji təhlükəsizliyini təmin etmək üçün mühüm təşəbbüsü həyata keçirməyə davam edirik”, - P. Şahbazov bildirib.

Nazirin sözlərinə görə, ölkə qlobal enerji keçidi məsələləri üzərində də işləyir.

P. Şahbazov xatırladıb ki, Azərbaycan yeni sosial-iqtisadi strategiya qəbul edib və prioritet məsələlərdən biri “yaşıl inkişaf”dır.


Geri qayıt