İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb
İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib. O bildirib ki, bütün seçki məntəqələrində səsvermə yerli vaxtla saat 20:00-a qədər uzadılıb. Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.
Xəbəri paylaş
Facebook-da paylaş