Hesablama Palatası ARDNF-ə SOCAR və ABƏŞ ilə koordinasiyanı gücləndirməyi təklif edib


Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilə koordinasiyanı gücləndirməyi təklif edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Palatanın Fondun 2023-cü il büdcəsinin icrasına verdiyi Rəydə bildirilir.

"Azərbaycanın payına düşən karbohidrogenlərin hasilat proqnozları ilə icra göstəriciləri arasında fərqlərin müşahidə edildiyindən hasilat proqnozları müəyyən edilərkən SOCAR və ABƏŞ-lə koordinasiyasının gücləndirilməsi zəruridir", - deyə sənəddə qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}