Əsas Səhifə > MALİYYƏ > Hesablama Palatası ARDNF-ə SOCAR və ABƏŞ ilə koordinasiyanı gücləndirməyi təklif edib
Hesablama Palatası ARDNF-ə SOCAR və ABƏŞ ilə koordinasiyanı gücləndirməyi təklif edib5-07-2024, 15:02 |
Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilə koordinasiyanı gücləndirməyi təklif edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Palatanın Fondun 2023-cü il büdcəsinin icrasına verdiyi Rəydə bildirilir. "Azərbaycanın payına düşən karbohidrogenlərin hasilat proqnozları ilə icra göstəriciləri arasında fərqlərin müşahidə edildiyindən hasilat proqnozları müəyyən edilərkən SOCAR və ABƏŞ-lə koordinasiyasının gücləndirilməsi zəruridir", - deyə sənəddə qeyd olunub. Geri qayıt |