Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 3 medal qazanıb. Şəffaflıq.az xəbər verir ki İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberə məğlub olaraq gümüş medalla kifayətlənib. Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev isə üçüncü yer uğrunda görüşlərdə rəqiblərinə qalib gəlməklə bürünc medala sahib çıxıblar. Qeyd edək ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) bürünc medal qazanmışdı.
Xəbəri paylaş
Facebook-da paylaş