Azərbaycanın paragüllə atıcısı Serbiyada gümüş medal qazanıb


Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində gümüş medal qazanıb.

Şəffaflıq.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 10 metr məsafəyə güllə atma yarışında 561 xal toplayıb.

Qeyd edək ki, K.Zeynalov ötən il Peruda keçirilən dünya çempionatında Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}