Türkiyə millisinin baş məşqçisi: Tarixi nəticə əldə etdik


Tarixi nəticə əldə etdik.

Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avstriyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis vacib görüşdə qələbə qazandıqlarını söyləyib: "Komanda ruhunu ilk dəqiqədən sona qədər hiss etdirdik. Futbolçularım adına çox şadam. İlk görüşlərdə komandanın müəyyən çatışmazlıqları var idi. Bu gün kollektivimiz çox böyük iş bacardı. Tarixi nəticə əldə etdik".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə seçməsi 1/4 finalda Niderlanda rəqib olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}