Səid Paşayev: Hədəfimiz dünya çempionatında yüksək nəticə əldə etməkdir


Hədəf qarşıdakı dünya çempionatında yüksək nəticə əldə etməkdir

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Səid Paşayev bildirib.

"Şükürlər olsun ki, çempion oldum. Əsas da məşqçilər, valideynlərim və öz əziyyətimi yerdə qoymadım. İnşallah, qarşıdakı dünya çempionatına yaxşı hazırlaşıb, daha yaxşı nəticə verərik. Ümid edirəm ki, həm şəxsi, həm də komanda səviyyəsində qızıl medal qazanarıq", – qitə çempionu söyləyib.

Xatırladaq ki, Serbiyada keçirilən U-17 Avropa çempionatında birinci olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}