Türkiyə ilə Türkmənistan arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub


Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Türkmənistanın hərbi doktrinasının sırf müdafiə xarakterli olduğunu qeyd edən S. Berdiməhəmmədov bildirib ki, ölkədə Silahlı Qüvvələrin və ordunun digər bölmələrinin şəxsi heyətinin döyüş vərdişlərinin artırılması üçün hər cür şərait yaradılır.

Daha sonra Türkiyənin milli müdafiə nazirini Türkmən xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov qəbul edib. Qurbanqulu Berdiməhəmmədov bildirib ki, Türkiyə müdafiə sənayesində aparıcı dövlətlərdən biridir və Türkmənistanla uzun illərdir ki, hərbi sahədə əməkdaşlığı uğurla inkişaf etdirir.

Tərəflər bu istiqamətdə əməkdaşlığın artırılması imkanlarını müzakirə ediblər. Berdiməhəmmədov Türkiyə tərəfinin təkliflərinə baxmağa hazır olduğunu təsdiqləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}