ABŞ-a İŞİD-lə əlaqəli qruplar tərəfindən göndərilən miqrantlar müəyyən edilib


ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İŞİD ilə əlaqəli strukturların köməyi ilə ölkəyə qeyri-qanuni yollarla daxil olduğu iddia edilən 400-dən çox miqrantı müəyyən edib.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə “NBC News” üç amerikalı məmura istinadən məlumat yayıb.

Miqrantlar Mərkəzi Asiyadan və digər bölgələrdən gəlib və narahatlıq doğuran şəxslər kimi müəyyən ediliblər. Qeyd olunub ki, artıq 150 miqrant saxlanılıb, 50-nin harada olduğu məlum deyil.

“Fox news” kanalı təhlükəsizlik ekspertlərinin təhlilinə istinadən ABŞ-da, ilk növbədə Vaşinqton və Nyu-Yorkda terror aktı təhlükəsi barədə məlumat yayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}