Moskvada elmi institutun binasının yanmasına görə saxlanılanlar var


Moskva ətrafında Fryazinoda “Platan” elmi institutun binasının yanması faktına görə, “İsprin” şirkətinin baş direktorunun müavini və binanın sahibinin nümayəndəsi saxlanılıb.ı-n Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2021-ci ildən bina “İsprin” şirkətinə verilib.

Şəffaflıq.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2021-ci ildən bina “İsprin” şirkətinə verilib.

Bu şirkət mülkiyyətin saxlanılmasına cavabdeh idi.

Məlumata görə, istintaq hesab edir ki, baş direktorun müavini binanın sahibinin nümayəndəsi ilə əlbir olaraq, orada olan otaqları icarəyə verirdilər, amma elektrik şəbəkəsinin texniki vəziyyətinə nəzarəti və təhlükəsizliyi təmin etməyiblər.

Qeyd edək ki, iyunun 24-də binanın beşinci mərtəbəsində baş verən yanğın nəticəsində altı nəfər ölüb. İstintaq müəyyən edib ki, binada yanğınla bağlı həyəcan siqnalı sistemi olmayıb, yanğın zamanı binanı tərk etmək üçün çıxışlar bağlı olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}