Zelenski Aİ liderlərinin sammitində iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 27-də Brüsseldə keçiriləcək Avropa Şurasının sammitinin birinci günündə iştirak edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqı (Aİ) nümayəndəsinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, səfər Ukrayna ilə bağlı bir sıra Avropa təşəbbüsləri, o cümlədən iyunun 25-nə planlaşdırılan Aİ-yə daxil olmaq üzrə danışıqların rəsmi başlanması ilə bağlıdır.
Xəbəri paylaş
Facebook-da paylaş