Amerika Kuboku: Uruqvay millisi Azərbaycanda çıxış edən futbolçunun komandasına qalib gəlib
ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda daha iki oyun baş tutub. Şəffaflıq.az-ın məlumatına görə, C qrupunda iki matç gerçəkləşib. Meydan sahibləri Boliviyanı iki cavabsız qolla üstələyib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə Folarin Balogun fərqlənib. Digər görüşdə Uruqvay Panamanı 3:1 hesabı ilə məğlub edib. Birincilərdə Maksimiliano Arauxo, 85-ci dəqiqədə Darvin Nunyes, 90+1-ci dəqiqədə Matias Vina adını taploya yazdırıb. Panamanın təsəlli qoluna 90+5-ci dəqiqədə Maykl Murillo imza atıb. "Turan Tovuz" klubunun panamalı legioneri Roderik Miller bu oyunda sonadək meydanda olub. Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.
Xəbəri paylaş
Facebook-da paylaş