Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında medal qazana bilməyib


Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Arzu Qədimova Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa birinciliyində medal qazana bilməyib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından  verilən məlumata görə, yaşı 17-yə qədər olan atletlər arasında 76 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı ümumilikdə 146 kq-ı (66+80) başı üzərinə qaldıra bilib.

O, bu nəticə ilə 6-cı yeri tutub.

Qeyd edək ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib. Yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}