Prezidentin köməkçisi: Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir


Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib:

“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib”.

H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub.

Prezidentin köməkçisi vurğulayıb ki, hazırda iki ölkə arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmlənməsi və inkişafı tendensiyası müşahidə olunur:

“Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri genişləndirir, qonşu ölkənin regionları ilə azərbaycanlı tərəfdaşlar arasında ticari-iqtisadi, elmi-texniki, mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}