Şəhid övladları üçün yaddaqalan gün
Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Şəffaflıq.az
Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Milli Qurtuluş Günü ilə əlaqədar hər il ölkəmizdə müxtəlif xeyriyyə tədbirləri keçirilir.
Həmişə olduğu kimi, BrendSport.az informasiya portalının da keçirdiyi belə layihələr artıq ənənə halını alıb.
Bu dəfə də saytımızın təşkilatçılığı ilə Nabranda yerləşən "Atlant" İstirahət Mərkəzində şəhid övladlarının iştırakı ilə 15 İyun Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra aparıcı və layihə rəhbəri Bəhruz Səmədov şəhid övladlarını, qaziləri və qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan söz açıb və ölkə rəhbərliyinə minnətdarlığını bildirib. B.Səmədov bundan sonra da bu siyasətin davam edəcəyini vurğulayaraq, müxtəlif təşkilatlar tərəfindən bu cür tədbirlərin keçirilməsi isə bu ailələrə mənəvi dəstək olduğunu bildirib.
Tədbirdə "Atlant" İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəsov ev sahibi kimi çıxış edərək şəhid ailələrinə, övladlarına və qazilərə "xoş gəlmisiniz" deyərək salamlayıb. T.Qədəsov belə xeyriyyə xarakterli layihələrdə dövlətin və gənclərin yanında olduğunu vurğulayaraq bu yolda hər zaman çalışacaqlarını bildirdi.
Qeyd edək ki, "Atlant" İstirahət Mərkəzi şəhid ailələri və qazilərimizə göstərdikləri xüsusi diqqətə görə həmişə seçilib. Bu layihə çərçivəsində də bunu bir daha sübut etdilər. Belə ki, tədbir başlayandan tədbirin sonunadək mərkəzin rəhbərliyi və xidmət personalı dəvət olunmuş qonaqlara və şəhid ailələrinə ən yüksək səviyyədə diqqət ayırdılar. Bununla da onlar şəhidlərimizə və qazilərimizə, eləcə də onların ailələrinə olan ehtiramlarını nümayiş etdirmiş oldular.
Sonra söz Milli Olimpiya Komitəsinin üzvü, güləş idman növü üzrə hakim, "Qızıl fit" sahibi, "Cəngi" İdman Klubunun rəhbəri və tədbirin fəxri qonağı Hicran Şərifova verildi. Hicran müəllim də bu cür tədbirlərin mahiyyətindən danışaraq, şəhid ailələrinə və qazilərə olan dövlət dəstəyinin hər zaman prioritet olduğunu vurğulayıb. Ölkə rəhbərliyinin bu sahədə apardığı siyasəti yüksək qiymətləndirən natiq belə xeyriyyə layihələri mütəmadi həyata keçirdiyi üçün BrendSport.az saytına da öz təşəkkurubu bildirdi.
Tədbirin musiqili açılışını şəhid uşaqlarından ibarət xor qrupu edib. Onlar özlərinəməxsus tərzdə çıxış edərək, gələcək fəaliyyətlərinin uğurlu olacaqlarını əyani göstəriblər.
Növbəti musiqili qonaq şəhid baş leytenant Vüsal Babayevin qızı, hamımızın sevimlisi Selcan atasına həsr etdiyi mahnını ifa edib.
Sonra söz fəxri qonaqlarımız olan qazilərimizə verildi. Vətən müharibəsi qazisi Vüqar Əhmədov, Abbas Musayev və Aprel döyüşlərinin qazisi Ülvi Qədir çıxış edərək şəhidlərinizə Allahdan rəhmət dilədilər. BrendSport.az saytı adından onlar da tədbirdə iştirak üçün təltif olundular.
Çıxış üçün söz Azərbaycanın yeganə kosmetik brendi olan "VİPLİFE" şirkətinin əməkdaşları Vüsalə və Rəna xanıma verdi. Onlar da tədbirdə iştirak edən şəhid övladlarına və ailələrinə uğurlar arzulayaraq təmsil etdikləri şirkətin hədiyyələrini sahiblərinə təqdim etdilər.
Tədbirin maraqlı qonaqları arasında "Səbirli Dunya" uşaq jurnalının rəhbəri Gülzar İbrahimova da var idi. O da öz nağıl kitablarından ibarət hədiyyələri uşaqlara təqdim etdi və onlara uğurlar arzuladı.
Növbəti musiqili qonaq Birinci Qarabağ müharibəsi şəhidinin oğlu Vasif İbrahim oldu.
Sonra səhnəyə gənc müğənnilər Aydan Əliyevə və Amira Atasidiyeva çıxaraq öz ifaları ilə uşaqları əyləndirdilər.
Sonda tədbirin aparıcısı və layihə rəhbəri Bəhruz Səmədov bütün ailələrə və uşaqlara öz təşəkkürünü bildirərək, gələcəkdə daha da gözəl layihələrlə görüşəcəklərinə ümidvar olduğunu bildirib, tədbiri bağlı elan etdi.
Tədbirdən sonra bütün uşaqlar və qonaqlar süfrə arxasına dəvət olundu. Bundan sonra qonaqlar istirahət mərkəzinin əyləncə avadanlıqlarından istifadə edərək, günlərini yaddaqalan etdilər.
Bir daha xatırladaq ki, tədbirin təşkilatçısı BrendSport.az informasiya portalı və Nabranda yerləşən "Atlant" İstirahət Mərkəzi olub. Layihənin baş sponsoru "Cəngi" İdman klubu, hədiyyəli sponsorları isə "VİPLİFE", "SOEL PARFUM", "ARAZ" marketlər şəbəkəsi idi.
Biz də redaksiyamız adından bu layihəmizə dəstək olan - başda Tahir Qədəsov, Hicran Şərifov, Vüqar Əhmədov və Yasəf Eyvazzadə olmaqla hər kəsə təşəkkürmüzü bildiririk.
BrendSport.az informasiya portalı olaraq şəhidlərimizə Allahdan rəhmət diləyir və hər zaman onların əmanətlərinin yanında olmağı özümüzə borc bilirik!
Facebook-da paylaş