Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm


Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm.

Bunu  açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Qədirov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun yekunları haqqında danışarkən deyib.

1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş mütəxəssis üç komandanı favorit saydığını söyləyib: “Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Almaniya millisi evində oynayır. Amma I turdan sonra nəsə demək tezdir. Praqmatik futbol izləyirik. İndi komandalar kəşfiyyat aparır. II turdan sonra nəsə demək olar. Bəzi komandalar özlərini sonuncu turlara saxlayırlar”.

Qeyd edək ki, iyunun 14-də start götürən AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}