Əsas Səhifə > FUTBOL > Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm
Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm20-06-2024, 13:09 |
Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Bunu açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Qədirov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun yekunları haqqında danışarkən deyib. 1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş mütəxəssis üç komandanı favorit saydığını söyləyib: “Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm. Almaniya millisi evində oynayır. Amma I turdan sonra nəsə demək tezdir. Praqmatik futbol izləyirik. İndi komandalar kəşfiyyat aparır. II turdan sonra nəsə demək olar. Bəzi komandalar özlərini sonuncu turlara saxlayırlar”. Qeyd edək ki, iyunun 14-də start götürən AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.Şəffaflıq.az Geri qayıt |