Şimali Koreya lideri: Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindəyik


Şimali Koreya Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In iyunun 19-dən ölkədə səfərdə olan Rusiya Prezidenti Vladimir Putinlə Pxenyanda keçirilən görüşü zamanı bildirib.

Liderlərin nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə apardıqları danışıqlar 1,5 saatdan çox çəkib.

İki liderin qısa giriş açıqlamalarından sonra görüş mətbuata qapalı şəkildə bağlı qapılar arxasında davam edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}