Abşeron Rayon Mərkəzi Xəstəxanasındakı növbə sıxlığına aydınlıq gətirilib


Abşeron rayonunda xaotik, qeyri-bərabər şəhərləşmə prosesi, urbanizasiya prosesi, məskunlaşma həddindən artıq çox ciddi şəkildə gedir.

Bu fikirləri “Report”a müsahibəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov tibb müəssisəsində növbə sıxlığı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Rayonun 2 000 kvadrat kilometr ərazini əhatə etdiyini deyən direktorun sözlərinə görə, Abşeron rayonu Bakıya yaxınlığı, həm də rayonlarla paytaxt arasında körpü rolunu oynayır:

“Abşeron rayonunda xaotik, qeyri-bərabər şəhərləşmə prosesi, urbanizasiya prosesi gedir. Məskunlaşma həddindən artıq çox ciddi şəkildə gedir. Ona görə də bu istiqamətdə problemlər var. Bəlkə də bir milyona yaxın əhali məhz burada məskunlaşıb. Bu da fəaliyyətimizə təsirsiz ötüşmür”.

“Xəstəxanada gündəlik təxminən 2 500 - 3 000 pasiyent qəbul edilir. Bu da istər-istəməz tibbi xidmətin göstərilməsində bəzi çətinliklər yaradır. Buna baxmayaraq, bəzi atdığımız addımlarla çətinliyi dəf edə bilmişik. Yəni, həm maddi-texniki bazanın gücləndirilməsi, eyni zamanda kadr potensialının artırılması istiqamətində də bəzi addımlar atdığımız üçün bu çətinliklər az da olsa aradan qaldırılıb”, - A.İsmayılov əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}