85 illik şərəfli ömür yolu.
ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, əməkdar müəllim Mail Alıcanovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Mail müəllimin həyatı, elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək gələn qonaqları salamladı. Qeyd etdi ki, filialımızın ziyalısı, ağsaqqalı, vətənsevərliyi, alimliyi, idarəçiliyi, dövlətçiliyi və s. bütün insani keyfiyyətləri ilə hamının hörmətini qazanmış əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru, dosent Mail Alıcanovu 85 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm can sağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. Tədbirdə çıxış edənlər, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri , dosent Vaqif Əliyev, filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Nadir Məmmədov Mail müəllimin təhsil sahəsində göstərdiyi uzunmüddətli və uğurlu fəaliyyəti yüksək qiymətləndirmiş, uğurların davamını və uzun ömür, can sağlığı arzuladılar. Tədbir çərçivəsində yubliyara səmərəli fəaliyyətə və yüksək nailiyyətlərə görə “Fəxri-fərman” və müxtəlif hədiyyələr təqdim olundu. Sonda çıxış edən yubilyar Mail Alıcanov ona göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib. Biz “Şəffaflıq” qəzetinin kollektivi olaraq,ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, əməkdar müəllim Mail Alıcanovun 85yaşının tamam olması münasibəti ilə təbrik edirik, ona işlərində uğurlar və can sağlığı arzulayırıq. Arzu edirik ki, belə nümunəvi şəxslərlə həmişə hər yerdə fəxr edək. hörmətlə, "Şəffaflıq" qəzetinin kollektivi adından qəzetin təsisçisi və baş redaktoru Vahid İsmayılov
Facebook-da paylaş