Antoni Blinken səkkizinci dəfə Yaxın Şərqə səfər edib


ABŞ-nin dövlət katibi Antoni Blinken Prezident Abd əl-Fəttah Sisi ilə görüşmək üçün Misirdə səfərdədir.

Şəffaflıq.az xəbər verir ki, məlumatı "AP" yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqların əsas mövzusu İsraillə HƏMAS arasında razılığın əldə olunmasına vasitəçilik səylərinin göstərilməsidir.

Məlumata görə, dövlət katibi Misirdən sonra İsrail, İordaniya və Qətərə səfər edəcək.

İnformasiyaya əsasən, bir müddət əvvəl HƏMAS qruplaşmasının yüksək vəzifəli nümayəndəsi Sami Əbu Zuxri ABŞ-ni Qəzza zolağında hərbi əməliyyatları dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.

2023-cü il oktyabrın 7-dən, HƏMAS-ın İsrailə hücum etdiyi vaxtdan bu, Antoni Blinkenin Yaxın Şərqə səkkizinci səfəridir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}