Ermənistan MTX-də Azərbaycan əsgərinin sərhədi keçməsi barədə məlumat yoxdur


Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı məlumat yoxdur.

Şəffaflıq.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə bu ölkənin xüsusi xidmət orqanları məlumat yayıb.

MTX bildirib ki, yeni detallar əldə olunarsa, əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}