Azərbaycan I Liqasına vəsiqə uğrunda ilk pley-off görüşü keçirilib


Futbol üzrə Azərbaycan I Liqasını 10-cu sırada başa vuran "Araz Saatlı" klubu II Liqanın ikincisi "Cəbrayıl" klubu ilə üz-üzə gəlib.

Şəffaflıq.az xəbər verir ki, 2024/2025-cü illər mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü "ASCO Arena"da baş tutub.

Qarşılaşma "Cəbrayıl" kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyunun 15-də baş tutacaq. İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək hüququ qazanacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}