Azərbaycan II Liqası uğrunda pley-off mərhələsinin ilk görüşü keçirilib


Azərbaycan II Liqasını 13-cü sırada başa vuran "Şəfa" klubu AFFA Region Liqasının ikincisi "Hypers" klubu ilə üz-üzə gəlib.

Şəffaflıq.az xəbər verir ki, 2024/2025 mövsümündə II Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü "ASCO Arena"da baş tutub.

Qarşılaşma "Hypers" kollektivinin 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}