ABŞ-də kollec yaxınlığında atışma olub, ölən və yaralananlar var


İyunun 7-də axşam saatlarında ABŞ-nin Los-Anceles şəhərində yerləşən Kompton Kolleci yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb.

Şəffaflıq.az CBS-yə istinadən xəbər verir, bu barədə yerli şerif departamenti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisənin kolleclə əlaqəsi yoxdur. Qeyd edilib ki, atışma zamanı beş nəfər yaralanıb, amma onlardan biri xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisənin motivləri və onu törədənin şəxsiyyəti hələ ki müəyyən edilməyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}