"Yuventus"un hücumçusu AVRO-2024-ü buraxacaq
Polşa millisinin futbolçusu Arkadiuş Milik bu il Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq. Şəffaflıq.az-ın məlumatına gröə, bu barədə komandanın baş məşqçisi Mixal Probej məlumat verib. Ukraynaya 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında xəsarət alan 30 yaşlı hücumçu zədə səbəbindən turnirdə iştirak etməyəcək. Forvard başa çatan mövsümdə İtaliyanın "Yuventus" klubunun heyətində 36 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, Polşa yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa milliləri ilə üz-üzə gələcək.
Xəbəri paylaş
Facebook-da paylaş