Azərbaycan yığması yoldaşlıq turnirində ikinci oyununu keçirəcək


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirəcək.

Şəffaflıq.az xəbər verir ki, yığma Türkiyənin U-20 komandası ilə qarşılaşacaq.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}