Azərbaycanın hərbi qulluqçusu “Afrika Aslanı-2024” təlimində iştirak edib
Azərbaycanın hərbi qulluqçusu Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimində iştirak edib. Bildirilib ki, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu da iştirak edib. Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair müxtəlif tapşırıqlar icra edilib. Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş