Bu gün Bakının iki rayonunda qaz olmayacaq


Bu gün Bakının Sabunçu və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bildirilib ki, iyunun 3-də saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt qəsəbəsində orta təzyiqli qaz xətlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}