Rusiya Dövlət Dumasının deputatı Artur Çilinqarov 84 yaşında vəfat edib.


Rusiya Dövlət Dumasının deputatı Artur Çilinqarov 84 yaşında vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qanunverici orqanın

saytında dərc olunmuş nekroloqunda qeyd olunub.

“Gözəl insan, həmkarımız Artur Nikolayeviç Çilinqarov dünyasını dəyişdi”, – nekroloqda nəql edilib.

Volodin mərhumun Sovet İttifaqı Qəhrəmanı və Rusiya Qəhrəmanı olduğunu vurğulayaraq onun “hamı üçün örnək olduğunu” bildirib.

Qeyd edək ki, Artur Çilinqarov VII və VIII çağırışlarda (2016-2024) Dövlət Dumasının deputatı olub. O, Rusiya Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Dövlət Qütb Akademiyasının prezidenti olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}