Bu gündən məktəbəhazırlıq qruplarında tədris yekunlaşır


Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında ötən il oktyabrın 1-dən başlanan tədris prosesi mayın 31-də başa çatır.

Şəffaflıq.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

Məktəbə hazırlığın əsas məqsədi beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Bununla yanaşı, məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan 82 minədək uşaq aprelin 30-da avtomatik olaraq 1-ci sinfə qəbul edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}