Azərbaycan XİN başçısı: Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib


Ermənistanla delimitasiya ilə bağlı əldə olunmuş yeni razılaşma və dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərib.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.

O, Azərbaycanın sülh prosesinə sadiq olduğunu bir daha xatırladıb:

"Ümid edirik ki, bu, firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək. Bu gün həmkarım İshaq Darı regionumuzdakı münaqişədən sonrakı vəziyyət haqqında məlumatlandırdım. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma işləri, eləcə də uzun müddət davam edən mina təhlükəsi barədə məlumat verdim. Mina problemi səyləri çətinləşdirir. Ancaq Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissəsinin delimitasiyası və Ermənistanın uzun müddət işğal etdiyi dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı bu yaxınlarda əldə olunmuş razılaşma normallaşma yolunun işinə müsbət təsir göstərir".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}