MOK-un əməkdaşı I Milli Olimpiya Komitələri Assosiasiyasının seminarında iştirak edib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva Çexiyanın paytaxtı Praqada I Milli Olimpiya Komitələri Assosiasiyasının seminarında iştirak edib.

 Şəffaflıq.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberq, həmçinin Çexiya Olimpiya Komitəsinin prezidenti, BOK-un üzvü Jiri Kejvalla yanaşı, 51 ölkədən 70-ə yaxın Marketinq və Kommunikasiya direkt orları təmsil olunub.

Seminar iştirakçıları Paris-2024 Yay Olimpiya Oyunları öncəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar.

Milli Olimpiya Komitələri Assosiasiyasının I Rəqəmsal Kommunikasiya seminarında çıxış edən Səkinə Vəliyeva Paris-2024 Yay Olimpiya Oyunları üçün Marketinq və Kommunikasiya strategiyasının yaradılması, əsas performans indekatorlarının təyin olunması istiqaməti üzrə fikirlərini bildirib.

Seminarda MOK-la yanaşı, Brazilya, Portuqalya, İtaliya, Çexiya və Yeni Zellandiya Olimpiya Komitələrindən olan marketinq və kommunikasiya ekspertləri də digər mövzular ətrafında çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunları barədə özfikirlərini bölüşüblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}