Qarabağdakı keçmiş separatçı rejimin nümayəndəsi həbs edilib
Separatçıların nümayəndəsi, Xankəndinin “eks-meri” David Sarkisyan 20 sutka həbs edilib. Şəffaflıq.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan sosial şəbəkədə məlumat yayıb. Daha əvvəl təhlükəsizlik qüvvələri D.Sarkisyanın evində axtarış aparıblar. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam edir.
Xəbəri paylaş
Facebook-da paylaş